Koreya televiziyası Azərbaycanla bağlı veriliş hazırlayacaq

Siyasət Materials 30 Sentyabr 2009 10:45 (UTC +04:00)
Azərbaycanın Koreyadakı səfirliyindən çərşənbə günü Trend News-a verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə bu ölkənin populyar telekanallarından olan EBS kanalının 3 nəfər əməkdaşı sentyabr ayının 25-dən oktyabr ayının 15-dək “The Travelr’s Note” (Səyahətçinin qeydləri) adlı verilişin növbəti bölümünü çəkmək üçün Azərbaycana ezam ediliblər.
Koreya televiziyası Azərbaycanla bağlı veriliş hazırlayacaq

Azərbaycan, Bakı, 30 sentyabr / Trend /

Koreya televiziyası Azərbaycanla bağlı veriliş hazırlayacaq.

Azərbaycanın Koreyadakı səfirliyindən çərşənbə günü Trend -a verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə bu ölkənin populyar telekanallarından olan EBS kanalının 3 nəfər əməkdaşı sentyabr ayının 25-dən oktyabr ayının 15-dək "The Travelr's Note" (Səyahətçinin qeydləri) adlı verilişin növbəti bölümünü çəkmək üçün Azərbaycana ezam ediliblər.

20 günlük ezamiyyət müddətində kanalın əməkdaşları Bakı, Lənkəran, Naxçıvan da daxil olmaqla, ölkənin bir sıra müxtəlif bölgələrində çəkiliş aparacaqlar. Çəkiləcək verilişin əsas məqsədi Azərbaycanın tarixi, mədəniyyəti, turuzm potensilaı haqqında koreyalılara ətraflı məlumat verməkdir. Nəzərdə tutulan veriliş hər biri 40 dəqiqədən ibarət olmaqla dörd hissədən ibarət olacaq və cari ilin noyabr ayında efirə gedəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti