...

Azərbaycan Parlamenti Rusiya ilə sərhədlərin delimitasiyasının başa çatdırılması haqqında sənədi təsdiq edib

Siyasət Materials 30 Sentyabr 2009 17:23 (UTC +04:00)
Azərbaycan Parlamenti çərşənbə günü Rusiya ilə sərhədlərin delimitasiyasının başa çatdırılması haqqında sənədi təsdiq edib.
Azərbaycan Parlamenti Rusiya ilə sərhədlərin delimitasiyasının başa çatdırılması haqqında sənədi təsdiq edib

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti çərşənbə günü Rusiya ilə sərhədlərin delimitasiyasının başa çatdırılması haqqında sənədi təsdiq edib.

Deputatlar Azərbaycan və Rusiya prezidentləri tərəfindən əvvəlcə imzalanmış "Dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılması və Samur çayının su hövzəsinin bölgüsü üzrə əsas prinsiplər haqqında" birgə bəyannaməni təsdiqləyən qanun layihəsini təsdiqləyiblər.

Eyni zamanda, parlament payız sessiyasının ilk günündə Azərbaycanın Serbiya, Oman, Liviya, Livan və Estoniyada səfirliklərinin açılması barədə qərar qəbul edib.

Milli Məclisin deputatı İqbal Ağazadə İsraildə səfirliyin açılması təşəbbüsü ilə çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti