Türkmənistan, Aşqabad, 05 oktyabr / Trend , müxbir H.Həsənov/
İsrailin aparıcı nəşriyyatları bu gün bildirib ki, Reuven Dinel İsrailin Aşqabaddakı ilk səfiri təyin olunub. Səfirliyin açılışı yaxın zamanlara planlaşdırılıb.
İsrail portalı IzRus-un xəbər verdiyi kim,i "Ediot Axronot" qəzeti qeyd edir ki, Türkmənistan ilə münasibətlər İsrail üçün böyük əhəmiyyət kəsb edir.
"Dinelin Türkmənistana səfir təyin edilməsi uğurlu məsələ olacaq. O, İsrailin Mərkəzi Asiyaya səfir kimi göndərilən bir sıra diplomatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir", - IzRus səfirin təyin olunmasından öncə yazmışdı.
Dinel rus dilində sərbəst danışır, bu regionun həqiqətlərinə, oradakı mentalitet və davranış qaydalarına yaxşı bələddir. Yəhudi aborogenlərindən olan diplomatlardan fərqli olaraq o, keçmiş İttifaqın müsəlman respublikalarının dövlət məmurları ilə özünü necə aparmalı olduğunu çox yaxşı bilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]