...

Qazaxıstan nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının iclasında iştirak edəcək

Siyasət Materials 5 Oktyabr 2009 17:46 (UTC +04:00)
Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ərcan Aşıqbəyov bu gün keçirdiyi brifinqdə deyib ki, ATƏT PA-nın vitse prezidenti Qasım-Comərt Tokayevin rəhbərliyi altında Qazaxıstan nümayəndə heyəti bu qurumun Parlament Assambleyasının payız sessiyasında iştirak edəcək.
Qazaxıstan nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının iclasında iştirak edəcək

Qazaxıstan, Astana, 05 oktyabr / Trend , müxbir K.Konırova/

Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ərcan Aşıqbəyov bu gün keçirdiyi brifinqdə deyib ki, ATƏT PA-nın vitse prezidenti Qasım-Comərt Tokayevin rəhbərliyi altında Qazaxıstan nümayəndə heyəti bu qurumun Parlament Assambleyasının payız sessiyasında iştirak edəcək.

Assambleyanın iclası oktyabrın 9-12-də Afinada keçiriləcək.

İclas çərçivəsində üç tematik sessiyanı - "Regional əməkdaşlıq və enerji təhlükəsizliyi", "Ətraf mühitdə iqlim siyasəti - Kopenhagenə gedən yolda", " İnsan təhlükəsizliyi üçün təbii resurslardan optimal istifadə" - əhatə edən "Enerji təhlükəsizliyi və ətraf mühit" mövzusunda konfrans keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti