Gürücstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın reinqteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili əmindir ki, Gürcüstan hər zaman təkcə Rusiya və ABŞ arasında deyil, eləcə də Rusiya və beynəlxalq cəmiyyət arasında yüksək səviyyədə aparılan müzakirələrin əsas mövzusu olacaq.
Yakobaşvilinin ABŞ-ın dövlət katibi Hillari Klintonun RF-nin xarici işlər naziri Sergey Lavrov ilə qarşıda duran görüşünə şərh verərkən jurnalistlərə bildirdiyi kimi, Gürcüstan bu görüşdə də müzakirə mövzusu olacaq.
Klinton-Lavrov görüşündə Gürcüstan mövzusunun müzakirə olunacağını ABŞ-ın Dövlət Departamentinin rəsmi nümayəndəsi də təsdiqləyib.
Temur Yakobaşvilinin sözlərinə görə, Gürcüstan hər zaman yüksək səviyyəli görüşlərdəki mövzulardan biri olacaq.
"ABŞ və Avropa artıq yaxşı dərk edirlər ki, bu problem yalnız Gürcüstanın problemi deyil. Bu, müasir dünyanın təhlükəsizlik problemidir və etinasız yanaşılmaqla həll edilməyəcək", - dövlət naziri bəyan edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]