Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir E.Ostapenko/
Avstriya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda bu ölkənini səfirliyi gələn ilin yazından fəaliyyətə başlaya bilər.
Avstriya XİN-in mətbuat katibi Piter Lonskinin Trend -a verdiyi xəbərə görə, səfirliyin fəaliyyətə başlamasının dəqiq tarixi məlum deyil, amma onun gələn il açılması nəzərdə tutulur.
Texiniki hazırlıq işləri artıq dekabrda başlaya bilər. Lonski deyib ki, bunun üçün bəzi işlər də görülür.
Azərbaycanla Avstriya arasında diplomatik əlaqələr 1992-ci ilin fevralından başlayıb. 1995-ci ildə Azərbaycanın Avstriyada səfirliyinin açılması ilə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib və güclənib. Azərbaycanın Avstriyadaki səfiri Fuad İsmayılovdur.
Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri 2007-ci ilin noyabr ayından Marius Kalliqarisdir. Səfirliyin qərargahı Ankarada yerləşir.
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında Avstriya ilə Azərbaycan arasında ticarət döriyyəsi 36.8 milyon dollar təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]