Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim kurslarında iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, oktyabrın 24-dən noyabrın 22-dək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi (AAHDM) məzunları İstanbulda donanma stajı keçəcəklər.
Bundan əlavə Ankarada oktyabrın 26-dan noyabrın 20-nə kimi yüksək səviyyəli maddi texniki təminat (MTT) idarəetmə kursu keçiriləcək.
Həmçinin məlumatda bildirilib ki, oktyabrın 26-dan noyabrın 11-nə kimi Ankarada Quru Qoşunları Əməlyyatları üzrə terminologiya kursu keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]