...

Portuqaliyalı diplomat Türtkmənistana səfir təyin edilib

Siyasət Materials 26 Oktyabr 2009 20:54 (UTC +04:00)
Türkmənistan Məclisinin (Parlament) spikeri Akca Nurberdiyeva Portuqaliyanın fövqəladə və səlahiyyətli səfiri Joze Manuel de Karvalyo Lameresin etimadnaməsini qəbul edib.
Portuqaliyalı diplomat Türtkmənistana səfir təyin edilib

Türkmənistabn, Aşqabad, 26 oktyabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan Məclisinin (Parlament) spikeri Akca Nurberdiyeva Portuqaliyanın fövqəladə və səlahiyyətli səfiri Joze Manuel de Karvalyo Lameresin etimadnaməsini qəbul edib.

Diplomat Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova Portuqaliya Prezidenti Anibal Kavak Silovun adından məlumat çatdırıb. Məlumatda deyilir: "Böyük və əziz dost! Bizim ölkələrimiz arasında olan dostluq əlaqələrini inkişaf etdirmək məqsədi ilə biz səfir Joze Manuel de Karvalyo Lameresi sizin hüzurunuzda səfir təyin olunması barədə qərar qəbul etmişik".

Milli parlamentin başçısı qonağı təbrik edib və Türkmənistanın dövlət siyasətinin prioritet istiqamətləri ilə tanış edib. Görüşdə parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb.

Portuqaliyalı diplomat Xarici İşlər Nazirliyi və digər hökümət idarərində bir sıra görüşlər keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti