...

Azərbaycan Prezidenti və xanımı İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Parkla tanış olublar

Siyasət Materials 29 Oktyabr 2009 15:02 (UTC +04:00)
Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Parkla tanış olublar, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti və xanımı İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Parkla tanış olublar

Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Parkla tanış olublar, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən parkda inşaat işləri yüksək səviyyədə həyata keçirilib. Müasir tələblərə uyğun qurulan və İsmayıllının görkəminə xüsusi yaraşıq verən Zərifə Əliyeva adına Parkda sakinlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.

İstirahət məkanında milli üslubla müasirlik uzlaşdırılıb. Parkın girişində xüsusi kompozit materiallarından istifadə edilməklə hündürlüyü 12 metr, eni 31 metr olan portal inşa olunub. Portalın üstündə "Zərifə Əliyeva adına Park" sözləri yazılıb.

Mərmər üzlüklü fəvvarənin, çarhovuzun inşa edildiyi parkın ərazisində kafe və uşaq meydançası fəaliyyət göstərir. Əraziyə üzlük daşlar döşənib, istirahət ocağında geniş yaşıllaşdırma işləri aparılıb. Parkın mənzərəsi yaddaqalan və ifadəli elementlərdən ibarətdir. Uzunluğu 1,4 kilometr, eni 20 metr, ümumi həcmi 84 min kubmetr olan kanal çay daşı ilə doldurulmuşdur. Kanalın 980 metri qala divarı kimi hörülüb.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib. Sonra dövlətimizin başçısı və xanımı, Zərifə Əliyeva adına Parkla üzbəüz yeni inşa olunmuş Qala divarının önündə el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Burada papaqçıların, sərracların, misgərlərin, nalbəndlərin əl işləri nümayiş olunur, qızlar xalça toxuyur, XVIII əsrə aid sac üzərində yuxa bişirilirdi.

Prezident İlham Əliyev el sənətkarlarının vəziyyəti ilə maraqlanıb. Lahıc kəndindən olan misgərlər dövlətimizin başçısına durna çırağı hədiyyə ediblər. Prezident İlham Əliyev aşıqların, Lahıc və Molla İsaqlı, İvanovka kəndlərinin folklor qruplarının Azərbaycan, rus və alban dillərində çıxışlarını və rəqslərini izləyib. Folklor qrupları Azərbaycana, Vətənə, dövlətimizin başçısına aid mahnılar oxuyublar.
Dövlətimizin başçısı burada rayon ağsaqqalları ilə söhbət edib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti