...

Azərbaycanda 219 bələdiyyə üzrə 754 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 29 Oktyabr 2009 19:31 (UTC +04:00)
Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir.
Azərbaycanda 219 bələdiyyə üzrə 754 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Bu günədək 1246 bələdiyyə üzrə 24 126 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə cümə axşamı Trend -a Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olan məlumatda deyilir. Həmin şəxslərdən 4677 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 12 108-i ali təhsillidir.

Namizədliyi təsdiqlənmiş şəxslərdən 22 774 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərin 6854 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 219 bələdiyyə üzrə 754 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlikləri özü tərəfindən irəli sürülən şəxslərdən 5877 nəfəri bitərəfləri, digərləri isə 26 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.

Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti