...

Türkiyədə Azərbaycan bayrağının müəllifi haqqında kitabın təqdimatı olub

Siyasət Materials 15 Noyabr 2009 03:28 (UTC +04:00)
Şənbə günü Ankaradakı Bilkent Universitetində Milli Məclisin deputatı Qənirə Paşayeva və tədqiqatçi Azər Turanın müəllifi olduğu "Əli bəy Hüseynzadə Turan" adlı Azərbaycan bayrağının müəllifi haqqında kitabının təqdimatı olub.
Türkiyədə Azərbaycan bayrağının müəllifi haqqında kitabın təqdimatı olub

Şənbə günü Ankaradakı Bilkent Universitetində Milli Məclisin deputatı Qənirə Paşayeva və tədqiqatçi Azər Turanın müəllifi olduğu "Əli bəy Hüseynzadə Turan" adlı Azərbaycan bayrağının müəllifi haqqında kitabının təqdimatı olub.

Təqdimatda Əlibəy Hüseynzadənin yeganə qızı Feyzaver Alpsar çıxış edib. Onun sözlərinə görə, kitabın çapı atasının ideyalarının onun vətənində yaşamasının sübutudur.

Kitabın həmmüəllifi, millət vəkili Qənirə Paşayeva, kitabın ən qısa müddətdə Ankarada da çap ediləcəyini bildirib.

Kitabın o biri həmmüəllifi Azər Turan öz çıxışında Əlibəy Hüseynzadə ilə bağlı araşdırmalara davam edəcəklərini deyib.

Təqdimat mərasimindən sonra Türkiyə-Azərbaycan münasibətlərinə dair müzakirə keçirilib.

Müzakirə zamanı Milli Məclisinin deputatı Qənirə Paşayeva Türkiyə-Ermənistan arasında imzalanmış protokollarının türk parlamentində ratifikasiya edilməyəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmaq niyyəti yoxdur və bu vəziyyətdə Türkiyənin protokolları ratifikasiya edilməsi məqsədilə Məclisə gətirəcəyinə Azərbaycanda heç kim inanmır.

Millət vəkili Rəbiyyət Aslanova çıxışında bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafı başqa Türk dövlətlərinə nümunə olmalıdır.

Xəbər lenti

Xəbər lenti