...

Koreyanın Azərbaycandakı yeni sıfiri öz vəzifəsinin icrasına başlayır

Siyasət Materials 25 Noyabr 2009 13:46 (UTC +04:00)
Koreyanın Azərbaycandakı yeni səfiri Li Çi-Xan öz etimadnaməsini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə çərşənbə günü XİN-in mətbuat mərkəzindən Trend News-a bildirilib.
Koreyanın Azərbaycandakı yeni sıfiri öz vəzifəsinin icrasına başlayır

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir M.Əliyev/

Koreyanın Azərbaycandakı yeni səfiri Li Çi-Xan öz etimadnaməsini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə çərşənbə günü XİN-in mətbuat mərkəzindən Trend -a bildirilib.

Səfir Azərbaycandakı fəaliyyəti dövründə iki ölkənin iqtisadi, siyasi, mədəni əlaqələrinin inkişaf etməsi üçün bütün gücünü sərf edəcəyinə söz verib.

Azərbaycanın XİN rəhbəri ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və əlaqələrin daha da inkişaf etməsi üçün bütün imkanlardan istifadə etməyin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti