...

Azərbaycan Rusiyanın regionda ən mühüm strateji tərəfdaşıdır – Rusiya Federasiya Şurasının vitse-spikeri

Siyasət Materials 22 Dekabr 2009 13:18 (UTC +04:00)
Azərbaycan və Rusiyanın qanunvericilik orqanları arasındakı əməkdaşlığın perspektivləri, o cümlədən siyasi və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi imkanları çərşənbə axşamı Bakıda parlamentlərarası əməkdaşlıq üzrə komissiyanın növbəti iclası zamanı müzakirə olunub.
Azərbaycan Rusiyanın regionda ən mühüm strateji tərəfdaşıdır –  Rusiya Federasiya Şurasının vitse-spikeri

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Azərbaycan və Rusiyanın qanunvericilik orqanları arasındakı əməkdaşlığın perspektivləri, o cümlədən siyasi və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi imkanları çərşənbə axşamı Bakıda parlamentlərarası əməkdaşlıq üzrə komissiyanın növbəti iclası zamanı müzakirə olunub.

"Gündəliyə həmçinin Samur çayı üzərində körpünün inşa edilməsi məsələsi daxil edilib", - iclasın açılışında  Rusiya Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova deyib.

Onun sözlərinə görə, tədbir zamanı həmçinin miqrasiya məsələləri həll olunacaq. "Biz həmçinin investisiyanın müdafiəsi məsələsini həll etməliyik, belə ki, hətta böhrana baxmayaraq ölkələrimiz arasında mal dövriyyəsinda azalma müşahidə olunmayıb", - o deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsində şəxsən Prezident Dmitri Medvedyevin iştirakı iki ölkə arasında qarşılıqlı münasibətlərə verilən önəmdən xəbər verir. "Bu gün yavaş da olsa Dağlıq Qarabağ məsələsi irəli gedir və biz ümid edirik ki, gələcəkdə əhəmiyyətli irəliləyiş əldə olunacaq", - Orlova deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiyanın regionda ən mühim strateji tərəfdaşıdır.

Rusiya Parlamentinin sədr müavini həmçinin bildirib ki, Azərabaycan tərəfi mart-aprel aylarında RF-də Gənclər Forumu təşkil etməyi planlaşdırır.

Azərbaycan Milli Məclisinin (Parlament) vitse-spikeri Valeh Ələsgərov qeyd edib ki, tərəflər bugünkü iclas zamanı hər iki ölkənin vətəndaşlarının maraqlarına uyğun əməkdaşlıq işinə öz töhfələrini verməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti