...

Azərbaycanda bir sıra bələdiyyələr üzrə seçkilərinin nəticələri ləğv edilib

Siyasət Materials 10 Yanvar 2010 22:28 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası bir sıra seçki dairələrində və məntəqələrdə 2009-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrini ləğv edib. Qərar MSK-nın bazar günü keçirilən iclasında qəbul olunub. Bu barədə Trend News-a MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda bir sıra bələdiyyələr üzrə seçkilərinin nəticələri ləğv edilib

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Seçki Komissiyası bir sıra seçki dairələrində və məntəqələrdə 2009-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrini ləğv edib. Qərar MSK-nın bazar günü keçirilən iclasında qəbul olunub. Bu barədə Trend -a MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Müzakirələrdən sonra 50 saylı Qobustan-Xızı-Quba Dairə Seçki Komissiyasının vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edilib. 70 saylı Masallı şəhər DSK-nın heyətinin tam şəkildə buraxılması barədə qərar qəbul olunub.

80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Sarxanlı bələdiyyəsinə, 71 Masallı kənd seçki dairəsi üzrə Boradigah bələdiyyəsinə, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Naftalan şəhər bələdiyyəsinə, 79 saylı İmişli seçki dairəsi üzrə Mərzəli bələdiyyəsinə,64 saylı Sabirabad seçki dairəsi üzrə Şəhriyar bələdiyyəsinə keçirilən seçkilərin nəticələri etibarsız sayılıb.

Bundan başqa 70 saylı Masallı şəhər seçki dairəsinin 3 saylı seçki məntəqəsində səslərin yenidən sayılması və 79 saylı İmişli seçki dairəsi üzrə 7 seçki məntəqəsinin tərkibinin buraxılması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti