...

Gürcüstan-İran əlaqələrinin genişlənməsi ilə bağlı bir neçə qrup işləyəcək

Siyasət Materials 19 Yanvar 2010 20:21 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze İran İslam Respublikasında görüşlər keçirir.
Gürcüstan-İran əlaqələrinin genişlənməsi ilə bağlı bir neçə qrup işləyəcək

Gürcüstan, Tbilisi, 19 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze İran İslam Respublikasında görüşlər keçirir.

Vaşaze iranlı həmkarı ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrdən başqa, energetika sektorunda da əməkdaşlığın mümkünlüyü müzakirə edilib. Vaşadze gün ərzində İran hökumətinin digər yüksəkvəzifəli nümayəndələri ilə görüşlər keçirəcək.

O, öz həmkarı ilə görüşün yekununda bildirib ki, Gürcüstan İranın enerji layihələrinin həyata keçirilməsindəki fəal iştirakını alqışlayır.

Vaşadze bildirib ki, Gürcüstan-İran münasibətlərinin dərinləşməsi ilə bağlı bu məqsədlə yaradılmış 3-4 qrup işləyəcək. "Artıq müvafiq qərar qəbul edilib. Mən nəticədən məmnunam", - deyə o qeyd edib.

Gürcüstanın xarici işlər naziri bu gün vətəninə qayıdır.

Xəbər lenti

Xəbər lenti