...

Azərbaycan Əfqanıstana dair London konfransında iştirak edəcək

Siyasət Materials 26 Yanvar 2010 13:03 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstana yardım göstərilməsinə dair yanvarın 28-də Londonda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Azərbaycan Əfqanıstana dair London konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstana yardım göstərilməsinə dair yanvarın 28-də Londonda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Trend -a bildirib.

Konfransın əsas məqsədi Əfqanıstandakı vəziyyəti stabilləşdirmək və normal fəaliyyət göstərən dövlətin yaradılması üçün dünya birliklərinin bu ölkəyə yardım göstərməsi barədə məsələnin həllidir. BMT bu istiqamətdə qüvvələrin əlaqələndiricisidir.

BMT-nin Baş katibi Pan Gi Mun konfransa həmsədrlik edəcək.

Forumun digər iki həmsədri Əfqanıstan Prezidenti Həmid Kərzay və Böyük Britaniyanın Baş naziri Qordon Braun olacaq.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 90 sülhməramlısı xidmət edir.

1997-ci ildə Azərbaycanın Milli Ordusu tərkibində sülhməramlılar bölüyü, daha sonra sülhməramlı tabor yaradılıb. Azərbaycanlı sülhməramlılar Çoxmillətli qüvvələrin tərkibində həmçinin İraq və Kosovoda xidmət keçiblər.

Xəbər lenti

Xəbər lenti