...

Azərbaycanın və Küveytin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələri əməkdaşlıq haqqında müqavilə imzalayıb

Siyasət Materials 26 Yanvar 2010 17:07 (UTC +04:00)
Küveyt və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələri insan hüquqları və beynəlxalq hüquqlara nəzarətin gücləndirilməsi çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Azərbaycanın və Küveytin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələri əməkdaşlıq haqqında müqavilə imzalayıb

KüveytAzərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələri insan hüquqları və beynəlxalq hüquqlara nəzarətin gücləndirilməsi çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu barədə Küveytin "əl-Qabas" qəzetinin saytı məlumat verir.

Sənəd Küveytin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Lətifə əl-Fəhd ilə onun azərbaycanlı həmkarı, Küveytdə ikigünlük səfərdə olan Hicran Hüseynova arasında imzalanıb.

Küveytin komitə rəhbəri əl-Fəhd jurnalistlərə bildirib ki, komitə qadın, uşaq və ailə vəziyyətinin yaxşılaşdırılması sahəsində qonşu ölkələrlə əməkdaşlığın möhkəmlənməsinə böyük əhəmiyyət verir.

"Bu cür müqavilələrin məqsədi qadınların problemlərinə dair təcrübə və informasiya mübadiləsi, ailə və uşaq problemlərinin öyrənilməsinə həsr olunmuş ikitərəfli tədbirlərin keçirilməsində dövlətin işinə yardım etməkdən ibarətdir", - əl-Fəhd deyib. Xüsusi birgə qruplar müqavilənin bəndlərinin yerinə yetirilməsinə nəzarət edəcək.

Xəbər lenti

Xəbər lenti