...

Azərbaycanın gənclər və idman naziri İrana səfər edəcək

Siyasət Materials 27 Yanvar 2010 17:46 (UTC +04:00)
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin gənclər və idman nazirlərinin Tehranda keçiriləcək iclasında iştirak etmək məqsədi ilə İrana səfər edəcək.
Azərbaycanın gənclər və idman naziri İrana səfər edəcək

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir T.Cəfərov/

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin gənclər və idman nazirlərinin Tehranda keçiriləcək iclasında iştirak etmək məqsədi ilə İrana səfər edəcək. Bu barədə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Milli Gənclər Təşkilatının sədr müavini və təşkilatın beynəlxalq əlaqələr departamentinin rəis müavini Məhəmməd Sadiq Əkbəri Trend -a bildirib.

Əkbəri əlavə edib ki, EKO-ya üzv ölkələrin gənclər və idman nazirlərinin iclası 2010-cı ilin yayında Tehranda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti