...

Türkiyə sübut etməlidir ki, o Aİ-yə daxil ola bilər – türkiyəli ekspert

Siyasət Materials 10 Fevral 2010 14:26 (UTC +04:00)
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Celal Cem Oğuz hesab edir ki, Türkiyə sübut etməlidir ki, o Aİ-yə daxil ola bilər və buna haqqı var.
Türkiyə sübut etməlidir ki, o Aİ-yə daxil ola bilər – türkiyəli ekspert

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir Ü.Sadıxova/

Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Celal Cem Oğuz hesab edir ki, Türkiyə sübut etməlidir ki, o Aİ-yə daxil ola bilər və buna haqqı var.

"Türkiyə siyasətinin Yaxın Şərqdə genişlənməsi də bununla əlaqəlidir, ona görə ki, Avropa İttifaqının bu regionda böyük problemləri var. Türkiyə nümayiş etdirməlidir ki, o, bu regionda Aİ-yə kömək edə bilər, "vasitəçi" ola bilər", - Türkiyəli ekspert Celal Cem Oğuz çərşənbə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxış edərək deyib.

Onun sözlərinə görə, bu gün Türkiyənin xarici siyasətində radikal dəyişikliklər müşahidə olunmur. Hazırkı xarici siyasət kursu hələ 90-cı illərdə qoyulmuş həmin layihələrin və istiqamətlərin davamı və genişləndirilməsidir.

Türkiyə-İsrail münasibətlərinə toxunan ekspert deyib ki, hazırda hakimiyyətdə Ədalət və İnkişaf Partiyası deyil, hər hansı başqa bir partiya olsaydı belə Türkiyənin (Fələstindəki hadisələrə) reaksiyası eyni olacaqdı.

Xəbər lenti

Xəbər lenti