Gürcüstan, Tbilisi, 17 fevral / Trend , N.Kirsxaliya/
Gürcüstanın keçmiş Baş naziri "Ədalətli Gürcüstan hərəkatı"nın lideri Zurab Noqaidili Qazaxıstanda səfərdədir.
Noqaidilinin partiyasından Trend -a verilən məlumata əsasən, Gürcüstanın keçmiş Baş naziri Qazaxıstanın Baş naziri Kərim Məsimovla görüşüb.
Tərəflər Gürcüstan-Qazaxıstan əlaqələrinin inkişaf perspektivləri, investisiya qoyuluşu və iqtisadi inkişaf ilə əlaqədar məsələləri müzakirə ediblər.