...

Bakıda səhər saatlarında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Siyasət Materials 22 Fevral 2010 16:38 (UTC +04:00)
Binəqədi rayon prokurorluğundan Trend News-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq (314.2) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda səhər saatlarında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Bakının Binəqədi rayonunda bu gün səhər saatlarında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan Trend -a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq (314.2) maddəsi ilə cinayət işi başlanıb.

Bakının Binəqədi rayonunda, 3-cü mədən küçəsində 2 mərtəbəli fərdi yaşayış evində səhər saat 05.30 radələrində güclü partlayış baş verib.

Partlayış nəticəsində evin bir hissəsi uçub. Həmin evdə fəhlə işləyən 1959-cu il təvəllüdlü Babayev Xoşbəxt Balamirzə oğlu dağıntılar altında qalaraq həlak olub.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə-axtarış tədbirləri nəticəsində günorta saatlarında dağıntılar altından Babayevin meyiti çıxarılıb.

Prokurorluqdan bildirilib ki, hələlik evin kimə mənsub olduğu məlum deyil. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti