...

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Azərbaycana səfər edəcək

Siyasət Materials 23 Fevral 2010 15:25 (UTC +04:00)
Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq qrupunun rəhbəri Viskont Ueyverli növbəti ay Azərbaycana səfər edəcək.
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Azərbaycana səfər edəcək

Qazaxıstan, Astana, 23 fevral / Trend , müxbir K.Konırova/

Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq qrupunun rəhbəri Viskont Ueyverli növbəti ay Azərbaycana səfər edəcək.

Ueyverli Bakıya səfər etmək niyyəti barədə Qazaxıstanda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan çox mühüm ölkədir.

Onun səfərinin məqsədi Dağlıq Qarabağ probleminin və dövlət katibi - Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin Bakıya səfərinin yekunlarını müzakə etməkdir. Onun sözlərinə görə, Saudabayevin Qafqazda olması faktı münaqişənin həlli baxımından çox vacibdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti