...

Böyük Britaniya və Qazaxıstan parlamentariləri qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar

Siyasət Materials 23 Fevral 2010 18:24 (UTC +04:00)
Astanada Böyük Britaniya Birləşmiş Krallığının Lordlar Palatası və Qazaxıstan Parlamenti arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Bu barədə çərşənbə axşamı Astanada keçirilən brifinqdə Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əməkdaşlıq qrupunun rəhbəri Viskont Ueyrvelli bildirib.
Böyük Britaniya və Qazaxıstan parlamentariləri qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar

Qazaxıstan, Astana, 23 fevral / Trend , müxbir K.Konırova/

Astanada Böyük Britaniya Birləşmiş Krallığının Lordlar Palatası və Qazaxıstan Parlamenti arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Bu barədə çərşənbə axşamı Astanada keçirilən brifinqdə Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əməkdaşlıq qrupunun rəhbəri Viskont Ueyrvelli bildirib.

"Mənim Qazaxstana səfərimdə məqsəd ilk növbədə Qazaxıstan Parlamenti ilə münasibətləri nizama salmaqdır. Biz gələcək əməkdaşlığımızın 12 meyarını özündə birləşdirən qarşılıqlı anlaşma haqqında memorandum imzalamışıq", - Ueyrverli deyib. Onun sözlərinə görə, 12 meyar insan hüquqlarına, demokratiyanın inkişafına, qanunun aliliyinə və b. aiddir.

"Lakin əməkdaşlıq yalnız Senatla məhdutlaşmayacaq, həmçinin Qazaxıstan hökumətini də cəlb edəcəyik", - Lordlar Palatasının üzvü bildirib.

Xəbər lenti

Xəbər lenti