...

ABŞ Dövlət Departamenti Türkmənistanın beynəlxalq təşəbbüslərini dəstəkləyir

Siyasət Materials 2 Mart 2010 16:04 (UTC +04:00)
ABŞ hökuməti Türkmənistanın dünya arenasında ölkəyə yüksək nüfuz qazandıran konstruktiv xarici siyasi kursunu və beynəlxalq təşəbbüslərini dəstəkləyir.
ABŞ Dövlət Departamenti Türkmənistanın beynəlxalq təşəbbüslərini dəstəkləyir

Türkmənistan, Aşqabad, 02 mart / Trend , müxbir H.Həsənov/

ABŞ hökuməti Türkmənistanın dünya arenasında ölkəyə yüksək nüfuz qazandıran konstruktiv xarici siyasi kursunu və beynəlxalq təşəbbüslərini dəstəkləyir. Bunu Aşqabada gələn ABŞ dövlət katibinin köməkçisinin müavini Con Limbert deyib.

ABŞ-ın yüksəkvəzifəli nümayəndəsinin bu fikirləri barədə bu gün Türkmən Dövlət Xəbərlər Xidmətinin məlumatında bildirilir.

Diplomat Türkmənistan XİN-də görüşlər keçirib. Məlumatda qeyd olunur ki, o, "qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlərin dinamikasından razı qaldığını bildirib". Regional və beynəlxalq siyasi məsələlərə, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müsbət neytrallıq statusunu möhkəmləndirən Türkmənistan ABŞ-ın hərbi kontingentinin yerləşdiyi Əfqanıstanla sərhəddə yerləşir.

Rəsmi Aşqabad bu yaxınlarda BMT ilə enerjidaşıyıcılarının təhlükəsizliyi və regionda silahların yayılması üzrə beynəlxalq konfransın keçirilməsi məsələləri üzrə əməkdaşlıq çərçivəsində bəzi təşəbbüslər irəli sürüb.

Xəbər lenti

Xəbər lenti