...

Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərtdir - Elmar Məmmədyarov

Siyasət Materials 2 Mart 2010 17:39 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərtdir.
Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərtdir - Elmar Məmmədyarov

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərtdir.

"Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərtdir", - nazir Elmar Məmmədyarov çərşənbə axşamı Avropa Xalq Partiyasının (European People's Party - EPP) prezidenti Vilfred Martensi qəbul edərkən bildirib.

Azərbaycan ilə Aİ arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd edən Məmmədyarov "Şərq tərəfdaşlığı təşəbbüsü"nün rolunu xüsusi vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti