...

Azərbaycanın Müsavat Partiyası gənclərinin deputatlığa namizəd irəli sürüləcəyi dairələr müəyyənləşdirilib

Siyasət Materials 6 Aprel 2010 17:03 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının Gənclər Təşkilatının altı üzvünün adı namizədlərin ilkin siyahısına daxil edilib.
Azərbaycanın Müsavat Partiyası gənclərinin deputatlığa namizəd irəli sürüləcəyi dairələr müəyyənləşdirilib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının Gənclər Təşkilatının altı üzvünün adı namizədlərin ilkin siyahısına daxil edilib.

"Partiyanın Gənclər Təşkilatının sədri 21 saylı Nəsimi seçki dairəsindən namizədliyini irəli sürmək niyyətindədir", - çərşənbəv axşamı TrendMüsavat Partiyasının mətbuat xidmətindən bildirilib.

Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Gənclər Təşkilatının digər üzvləri Əhəd Məmmədli 33 saylı Xətai, Səxavət Soltanlı 11 saylı Qaradağ dairə seçki komissiyalarından deputatlığa namizəd olacaqlar. "Leyla Mustafayeva 107 saylı Qazax, Murad Hacıyev 125 saylı Qubadlı-Zəngilan,  Yalçın Abbaslı isə 52 saylı Quba şəhər seçki dairəsindən deputatlığa namizəd olmaq niyyətindədirlər", - məlumatda əlavə olunur.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının sədri seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti