...

Azərbaycan prezidenti Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqda sərəncam imzalamışdır

Siyasət Materials 14 Aprel 2010 00:04 (UTC +04:00)
Azərbaycan Preizdenti çərşənbə axşamı böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin təntənəli surətdə keçirilməsi haqda sərəncam imzalamışdır.
Azərbaycan prezidenti Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqda sərəncam imzalamışdır

Azərbaycan Preizdenti İlham Əliyev çərşənbə axşamı böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin təntənəli surətdə keçirilməsi haqda sərəncam imzalamışdır.Bu məlumatı AzərTAc dövlət informasiya agentliyi yaymışdır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır.

Dövlət başçısının sərəncamında qeyd edilir ki, Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır.

Xəbər lenti

Xəbər lenti