...

Azərbaycan FHN-i Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakətlə bağlı növbəti məlumatını yayıb

Siyasət Materials 7 May 2010 21:41 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakətlə bağlı növbəti məlumatını yayıb.
Azərbaycan FHN-i Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakətlə bağlı növbəti məlumatını yayıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakətlə bağlı növbəti məlumatını yayıb.

"Aramsız yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında yaranmış bolsululuq səbəbindən 7 may 2010-cu il tarixində səhərə yaxın Kür çayının Sabirabad rayonu ərazisində və Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətində iki yerdə bəndlərdə dağılma müşahidə olunub. Nəticədə, Sabirabad rayonunun və Şirvan şəhərinin Bayramlı qəsəbəsinin bəzi ərazilərini su basmışdır. Su basmış ərazilərdən sakinlərin təhlükəsiz əraziyə təxliyyəsi həyata keçirilir" FHN-nin rəsmi saytının yaydığı məlumatda bildirilir.

Məlumata əsasən hazırda Fövqəladə Hallar Nazirliyi 1500 nəfər şəxsi heyəti və xeyli sayda texnikası ilə digər qurumlarla birlikdə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri işlər görür.

Xəbər lenti

Xəbər lenti