...

Azərbaycan Prezidenti Misirin xarici işlər naziri Əhməd Abul Ğeytin başçiliq etdiyi nümayəndə heyətini qəbul etdi

Siyasət Materials 25 May 2010 01:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Misirin xarici işlər naziri Əhməd Abul Ğeytin başçiliq etdiyi nümayəndə heyətini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. 

Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulamışdır. İlham Əliyev Misirə rəsmi səfəri zamanı keçirdiyi görüşləri xatırlayaraq Azərbaycan ilə Misir arasında müxtəlif səviyyəli tədbirlərin əhəmiyyətini qeyd etmişdir. Dövlətimizin başçısı Misirin xarici işlər naziri Əhməd Abul Ğeytin ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına əminliyini bildirmişdir.

Əhməd Abul Ğeyt Misirin Prezidenti Hüsni Mübarəkin salamlarını və məktubunu dövlətimizin başçısına çatdırmışdır. Qonaq ölkəmizdə gedən sürətli inkişaf proseslərinin, sabitlik və əmin-amanlığın, yaradılmış müasir infrastrukturun, inşa olunan yeni obyektlərin onda böyük təəssürat doğurduğunu demişdir.

Dövlətimizin başçısı son illər ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafın əldə olunduğunu bildirərək paytaxtımızda və bölgələrdə mühüm layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. İlham Əliyev ölkəmizin güclü və müasir bir dövlətə çevrilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

İlham Əliyev Misir dövlətinin başçısı Hüsni Mübarəkin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Misir prezidentinə çatdırmağı xahiş etmişdir.

Xəbər lenti

Xəbər lenti