...

Azərbaycan Prezidenti Bakı şəhəri Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması ilə bağlı qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 25 May 2010 20:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Bakı şəhəri Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması ilə bağlı qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; öz səlahiyyətləri daxilində "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti