...

İsraildə saxlanılan azərbaycanlılar bazar günü Vətənə dönəcəklər

Siyasət Materials 3 İyun 2010 15:35 (UTC +04:00)
Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanının İsrail tərəfindən saxlanılan gəmilərindəki iki Azərbaycan vətəndaşı bazar günü Vətənə dönəcək.
İsraildə saxlanılan azərbaycanlılar bazar günü Vətənə dönəcəklər

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Ü.Sadıxova/

Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanının İsrail tərəfindən saxlanılan gəmilərindəki iki Azərbaycan vətəndaşı bazar günü Vətənə dönəcək. Bu barədə Trend-ə İsrali DİN-in immiqrasiya məsələləri üzrə şöbəsindən məlumat verilib.

"İndiyədək İsraildə iki vətəndaş qalıb, çünki onların reysləri yalnız bazar günü yola düşəcək. Onlar Ben-Qurion aeroportunda xüsusi olaraq ölkəni tərk etmək istəyən, lakin gedə bilməyən şəxslər üçün ayrılmış yerdə saxlanılırlar", - dövlət strukturundan bildirilib.

Mənbənin sözlərinə görə, Azərbaycan vətəndaşları könüllü olaraq İsraili tərk etməyə razılaşıblar və "Azadlıq donanması"nın bir çox fəalları kimi Türkiyəyə deyil, birbaşa reyslə Bakıya uçacaqlar.

DİN-də azərbaycanlı vətəndaşların adlarını təhlükəsizlik məqsədilə açıqlamaqdan imtina ediblər və onların vəziyyətinin və saxlanma şəraitlərinin normal olduğunu bildiriblər. Məlumdur ki, hər iki vətəndaş kişidir.

"Azərbaycan vətəndaşları immiqrasiya xidmətinin nəzarəti altında saxlanılırlar. Onlar dustaq sayılmırlar, lakin tanışlardan kiminləsə əlaqə yarada bilməyiblər", - DİN-dən bildiriblər.

İsrailin xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyatın qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

Xəbər lenti

Xəbər lenti