...

Bakıda Belarus Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 3 İyun 2010 15:59 (UTC +04:00)
Bakıda cümə axşamı Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
Bakıda Belarus Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakıda cümə axşamı Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib.

Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Belarus Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti