...

AŞ PA prezidenti Gürcüstana rəsmi səfər edəcək

Siyasət Materials 10 İyun 2010 17:35 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu iyunun 13-dən 15-dək Gürcüstana rəsmi səfər edəcək.
AŞ PA prezidenti Gürcüstana rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu iyunun 13-dən 15-dək Gürcüstana rəsmi səfər edəcək. Bu barədə təşkilatın rəsmi məlumatında deyilir.

Çavuşoğlu səfəri gedişində ölkə Prezidenti Mixail Saakaşvili, parlamentin sədri David Bakradze, reinterqasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, xarici işlər naziri Qriqori Vaşadze və qaçqınlar üzrə dövlət naziri Koba Subeliani ilə görüşəcək.

AŞ PA prezidentinin həmçinin Konstitusiya Məhkəməsinin sədri Qriqori Papuaşvili, müxalifətin parlament və qeyri-parlament nümayəndələri, Şida Kartli regionunun qubernatoru Lado Vardzelaşvili və Acarıstan hökumətinin nümayəndəsi Levan Varşalomidze ilə danışıqları da planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti