...

"Ağıllı" sanksiyalar cəfəngiyatdır – İran XİN nümayəndəsi

Siyasət Materials 18 İyun 2010 09:00 (UTC +04:00)
ABŞ xalqı və hökuməti bir-birindən uzaqlaşdırmaq üçün təbliğat kimi "ağıllı" sanksiyalar terminindən istifadə edir, əslində isə "ağıllı" sanksiyalar cəfəngiyatdır.
"Ağıllı" sanksiyalar cəfəngiyatdır – İran XİN nümayəndəsi

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Konyayeva/

ABŞ xalqı və hökuməti bir-birindən uzaqlaşdırmaq üçün təbliğat kimi "ağıllı" sanksiyalar terminindən istifadə edir, əslində isə "ağıllı" sanksiyalar cəfəngiyatdır. Bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib.

"ABŞ iddia edir ki, yeni sanksiyalar xalqa qarşı deyil, İran hökumətinə qarşı yönəlib, - Mehmanpərəst Tehrandan telefonla Trend-ə bildirib. - ABŞ-ın böyük səhvi ondan ibarətdir ki, onlar İran xalqını hökumətdən ayırırlar, lakin İran xalqı öz hökumətini dəstəkləyir".

Cümə axşamı maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levi deyib ki, yeni "ağıllı" sanksiyalar İran xalqına qarşı deyil, hökumətə və hərbi qüvvələrə qarşı yönəlib. Onun fikrincə, onlar "iqtisadi inkişaf imkanlarını İran xalqının əlindən alırlar".

Mehmanpərəstin sözlərinə görə, yeni sanksiyalar nə xalqa, nə də hökumətə təsir edir.

"ABŞ-ın sanksiyaları İran xalqının inkişafına və üzərinə embarqo qoyulan texnologiyaların təkmilləşdirilməsinə gətirib çıxaracaq, - o deyib. - Bundan əlavə, İran bir sıra Qərb dövlətləri istisna olmaqla, dünyanın bir çox ölkələri ilə normal münasibətlərini saxlayır".

Mehmanpərəst qeyd edib ki, ABŞ-ın İrana qarşı birbaşa sanksiyaları mövcud vəziyyəti daha da pisləşdirir.

"İrana sanksiyalar vasitəsilə təsir etmək qərarı düzgün addım deyil. Əvvəla, bizim nüvə proqramımız Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında öhdəlilklər çərçivəsində həyata keçirilir, - o qeyd edib. - İrana qarşı sanksiyalar tətbiq etməyin heç bir əsası yoxdur, çünki bizim bütün nüvə fəaliyyətimiz qanun çərçivəsində həyata keçirilir".

Birləşmiş Ştatlar ticari-iqtisadi sanksiyaların aid edildiyi İran şirkətlərinin siyahısını genişləndirir.

ABŞ maliyyə naziri Timoti Qaytnerin verdiyi məlumata görə, söhbət nüfuzlu İslam İnqilabı Keşikçiləri Korpusundan, iri İran banklarının birindən, eləcə də neft, sığorta, gəmiçilik şirkətlərindən gedir. ABŞ hökumətinin məlumatına görə, onların hamısının İranın nüvə proqramı ilə əlaqəsi var.

Vaşinqton İrana qarşı yeni birtərəfli sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Mehmanpərəst sanksiyaların qəbul edilməsini bir də ona görə səhv adlandırıb ki, indiyədək sanksiyalar İrana heç bir təsir göstərməyib.

Materialın hazırlanmasında D.Xatgınoğlu iştirak edib

Xəbər lenti

Xəbər lenti