...

Azərbaycanın müxalifətçi partiyasının sədri həmkarı ilə eyni dairədən namizədliyini irəli sürəcək

Siyasət Materials 21 İyun 2010 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müxalifətçi Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə eyni dairədən namizədliyini irəli sürməyə qərar verib. Bu barədə bazar ertəsi MMP-dən Trend-ə daxil olan məlumatda deyilir.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Bazar ertəsi MMP-nin Siyası Şurasında 2010-cu ildə keçiriləcək parlament seçkilərində partiya üzvlərinin hansı dairədən namizədliyinin irəli sürülməsi məsələsi aydınlaşıb.

Müasir Müsavat Partiyası 2000-ci ildə təsis edilib, partiya 2002-ci ildə dövlət qeydiyyatından keçib. Ötən 2008-ci ildə keçirilən prezident seçkisində partiya sədri Hafiz Hacıyev 0,65 faiz səs toplayıb. Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti