...

Azərbaycan Prezidenti Lənkəran rayonuna gəlib (YENİLƏNİB)

Siyasət Materials 25 İyun 2010 13:52 (UTC +04:00)
İyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna gəlib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Lənkəran rayonuna gəlib (YENİLƏNİB)

RED.: əlavəsi: Prezidentin tədbirləri yenilənib

İyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna gəlib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Respublikamızın digər rayonlarında olduğu kimi, Lənkəranda da regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq geniş abadlıq və quruculuq işləri aparılır. Bunun nəticəsidir ki, rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2009-cu ildə 2,9 dəfə artaraq, 175 milyon manatdan çox olub. Kənd təsərrüfatı məhsullarının həcmi 2,5 dəfə artaraq 77,1 milyon manata çatmış, sənaye məhsulunun həcmi 2 dəfə artmış, əsas kapitala yönəldilən investisiyalar 3,1 dəfə çoxalmışdır. Tikinti-quraşdırma işlərinin həcmi 3,7 dəfə artaraq, 22,7 milyon manat təşkil etmişdir.
Rayonda 2003-cü ildən 2010-cu ilin iyununa qədər 14 min 451-i daimi olmaqla, 25 min 790 yeni iş yeri açılmışdır.

Dövlətimizin başçısı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoymuşdur.

Lənkəranlıların sevimli istirahət guşələrindən olan parkda orijinal fəvvarələr yaradılmış, dekorativ gül kolları və ağaclar əkilmiş, çəmənlik salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada uşaqların əylənməsi üçün də gözəl şərait var.

Azərbaycan Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində konserv zavodunun açılışından sonra, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident daha sonra Lənkəranda çay fabrikinin açılışında iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti