...

Azərbaycanda sürücülər mobil telefonla danışmaq üçün xüsusi mexanizmlərdən istifadə edə bilərlər – yol polisi

Siyasət Materials 8 İyul 2010 14:11 (UTC +04:00)
Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklərdən sonra, sürücülər mobil telefona qoşulan xüsusi qurğulardan istifadə etməklə avtomobili təhlükəsiz şəraitdə idarə edə bilərlər, - bu barədə Trend-ə cümə axşamı Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib.
Azərbaycanda sürücülər mobil telefonla danışmaq üçün xüsusi mexanizmlərdən istifadə edə bilərlər – yol polisi

Аzərbaycan, Bakı, 8 iyul /Trend, müxbir М.Əliyev/

Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklərdən sonra, sürücülər mobil telefona qoşulan xüsusi qurğulardan istifadə etməklə avtomobili təhlükəsiz şəraitdə idarə edə bilərlər, - bu barədə Trend-ə cümə axşamı Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib.

İyunun sonlarında Azərbaycan Parlamentinin növbədənkənar iclasında Azərbaycan Respublikasının "Yol hərəkəti qaydaları haqqında" Qanununa dəyişikliklər və əlavələr  edilməsi haqqında" Qanun qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyev iyulun əvvəlində onun qəbul olunması haqqında fərman imzalayıb. Dəyişikliklərdən birinə əsasən, sükan arxasında mobil telefonla danışığa görə cərimənin məbləği 50 manat təşkil edir.

"Telefonla danışarkən sürücülərə avtomobili ekstremal vəziyyətlərdə təhlükəsiz idarə etmək və əngəlləri aradan qaldırmaq çətin olur. Handsfree, bluetooth mexanizmlərindən istifadə edərkən sürücü əlini sükandan götürmədən, rahat şəkildə telefonla danışa bilər", - Əliyev deyib.

Onun sözlərinə görə, sükan arxasında siqaret çəkmək də təhlükə törədir. "Lakin digər tərəfdən, naqil qutusuna keçməklə sürücü uzun müddət əlində siqareti saxlamır", - Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri deyib.

Əliyev qeyd edib ki, qanunvericiliyə dəyişikliklər operativ nəqliyyat vasitələrindən istifadə edən sürücülərə şamil olunmur. "Operativ tapşırıqları yerinə yetirməklə əlaqədar operativ nəqliyyat vasitələri sürücülərinə - polis, yanğınsöndürən və "təcili yardım" xidməti - "Yol hərəkəti qaydaları" haqqında Qanunun bəndləri aid edilmir.

Onun sözlərinə görə, yeni qanun qüvvəyə mindikdən sonra, sürücülərin sükan arxasında mobil telefondan istifadəsinə nadir hallarda rast gəlinir.

Xəbər lenti

Xəbər lenti