...

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji yol Azərbaycan xalqını daim irəli aparır – hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı

Siyasət Materials 14 İyul 2010 15:25 (UTC +04:00)
Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji yol Azərbaycan xalqını daim irəli aparır.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji yol Azərbaycan xalqını daim irəli aparır – hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Hacıyev/

Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji yol Azərbaycan xalqını daim irəli aparır, Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi internet-saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

"Dövlətçiliyimizin təməl prinsipləri Azərbaycan xalqı üçün hər zaman ideoloji baza rolunu oynayacaq. Bu prinsiplərin əsasında isə azərbaycançılıq dayanır. Bu gün Prezidentimiz İlham Əliyev Heydər Əliyev siyasətini uğurla həyata keçirir və bunun nəticəsində də ölkəmiz regionun lider dövlətinə, iqtisadi inkişaf baxımından dünyanın öndəgedən ölkələrindən birinə çevrilib", - Qurbanlı əlavə edib.

Trend-in arayışı: Ümummlli lider Heydər Əliyev 1969-cu ilin iyul ayında ilk dəfə Azərbaycanda hakimiyyətə gəlib. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan iqtisadi inkişafına görə Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) ən öndəgedən ölkələrdən birinə çevrilib. Müstəqillik dövründə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətləri olub. Məhz onun hakimiyyəti dövründə Azərbaycan ciddi siyasi və iqtisadi böhrandan çıxaraq uğurlu inkişaf yoluna qədəm qoyub.

Qurbanlı bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçiliyimizin təməl prinsipləri xalqımız üçün hər zaman ideoloji baza rolunu oynayacaq.

"Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, soisal, mənəvi, psixoloji, ideoloji əhəmiyyəti var. 41 il öncə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, psixoloji durumunda, milli şüurunda böyük təkamülün, böyük dəyişikliyin yaranmasına gətirib çıxardı", - Qurbanlı əlavə edib.

YAP icra katibinin müavini qeyd edib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini müəyyənləşdirib.

"Bu prinsiplər bu gün də Azərbaycan üçün çox önəmlidir və bu prinsiplər gələcəkdə də xalqımız tərəfindən daim istifadə olunacaq", - Qurbanlı deyib.

Xəbər lenti

Xəbər lenti