...

Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Siyasət Materials 28 İyul 2010 19:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda çoxsaylı insan ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı bu ölkənin Prezidenti Asif Əli Zərdariyə başsağlığı məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda çoxsaylı insan ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı bu ölkənin Prezidenti Asif Əli Zərdariyə başsağlığı məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti