...

Azərbaycan Prezidenti Sosialist İnternasionalının baş katibini qəbul edib

Siyasət Materials 29 İyul 2010 14:34 (UTC +04:00)
Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycana ilk dəfə 2007-ci ildə səfər etdiyini vurğulayaraq, budəfəki səfəri zamanı o vaxtdan ötən dövr ərzində Bakı şəhərində, ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.
Azərbaycan Prezidenti  Sosialist İnternasionalının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib, - "AzərTAc" Dövlət Teleqraf Agentliyi xəbər verir.

Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycana ilk dəfə 2007-ci ildə səfər etdiyini vurğulayaraq, budəfəki səfəri zamanı o vaxtdan ötən dövr ərzində Bakı şəhərində, ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Sosialist İnternasionalı kimi mühüm təşkilatın rəhbərinin ölkəmizə səfərini yüksək qiymətləndirib və Azərbaycanın bu təşkilatla əməkdaşlığının bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Sosialist İnternasionalı təşkilatı ilə ölkəmiz arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti