...

Sosialist İnternasionalı Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır - Luis Ayala

Siyasət Materials 30 İyul 2010 16:28 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin onun təmsil etdiyi təşkilatın diqqət mərkəzində olduğunu qeyd edən qonaq bu münaqişənin tezliklə həllinə ehtiyacın olduğunu bildirib.
Sosialist İnternasionalı Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır - Luis Ayala

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Sosialist İnternasionalı Azərbaycan kimi mühüm ölkə ilə əməkdaşlıqda maraqlıdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə daxil olan məlumata görə, bu barədə Sosialist İnternasionalın baş katibi Luis Ayala xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin onun təmsil etdiyi təşkilatın diqqət mərkəzində olduğunu qeyd edən qonaq bu münaqişənin tezliklə həllinə ehtiyacın olduğunu bildirib.

Ayala təşkilatın regional komitəsinin 2010-cu ilin iyun ayında Yerevanda keçirdiyi iclası barədə məlumat verib və növbəti iclasın Bakıda keçirilməsi imkanları ilə maraqlanıb. Qonaq bu iclası Bakıda keçirməklə rəhbərlik etdiyi təşkilatın Azərbaycan tərəfinin mövqeyinin dünya ictimaiyyətinə açıqlanmasına dəstək vermək arzusu kimi qiymətləndirib.

Ayala Azərbaycandakı inkişafın onda yüksək təəssürat yaratdığını qeyd edərək, xüsusilə, qeyr-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirib.

Nazir Məmmədyarov respublika iqtisadiyyatının inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən nazir münaqişənin həllində Azərbaycan tərəfinin yeniləşdirilmiş Madrid prinsiplərini əsas tutduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti