...

İlham Əliyev Bakının Xətai rayonunda yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub

Siyasət Materials 10 Avqust 2010 14:24 (UTC +04:00)
Prezident İlham Əliyev avqustun 10-da Bakının Xətai rayonunda, Zığ yolunun kənarında əsaslı surətdə yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub
İlham Əliyev Bakının Xətai rayonunda yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub

Prezident İlham Əliyev avqustun 10-da Bakının Xətai rayonunda, Zığ yolunun kənarında əsaslı surətdə yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısının park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan və Xətai rayonunun bu ərazisinə xüsusi yaraşıq verən park sakinlərin sevimli istirahət guşələrindən biridir.

Prezident İlham Əliyevə məlumat verildi ki, parkın ərazisi 2,3 hektardır və onun 1,5 hektarı yaşıllaşdırılmışdır. Burada 5 min müxtəlif ağac və gül kolları əkilmiş, əyləncə qurğuları, kölgəliklər quraşdırılmış, uşaq oyun kompleksləri düzəldilmişdir. Parkda müxtəlif formalı 70-ə qədər oturacaq, müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb.

Parkdaxili piyada yolları salınmış, transformator məntəqəsi tikilmiş, su quyusu qazılmış, ərazidə suvarma sistemi quraşdırılmış, su anbarı inşa edilmişdir.

Parkın ətrafındakı binalarda da yenidənqurma işləri aparılmış, fasadlar rənglənmişdir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti