...

Türkmənistan Prezidenti ÇXR və Hindistanda baş vermiş təbii fəlakətlərlə görə başsağlığı verib

Siyasət Materials 13 Avqust 2010 13:45 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov baş vermiş təbii fəlakətlərlə əlaqədar ÇXR-ə və Hindistana başsağlığı məktubu göndərib.
Türkmənistan Prezidenti ÇXR və Hindistanda baş vermiş təbii fəlakətlərlə görə başsağlığı verib

Türkmənistan, Aşqabad, 13 avqust /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov baş vermiş təbii fəlakətlərlə əlaqədar ÇXR-ə və Hindistana başsağlığı məktubu göndərib.

Türkmənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, ÇXR sədri, Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Hu Tzintauya Qansu vilayətində baş vermiş, çoxsaylı insan tələfatı və dağıntılara səbəb olan torpaq sürüşməsi ilə bağlı məktub göndərilib.

Hindistan Respublikasının Prezidenti Pratibxe Devisinqh Patilə göndərilən başsağlığı məktubunda ölkənin şimalında baş vermiş daşqınlar nəticəsində çoxlu sayda insanın həlak olmasına görə başsağlığı verilib.

Türkmənistanın rəhbəri həlak olanların və zərərçəkənlərin doğmalarının və yaxınlarının dərdlərinə dərindən şərik olduğunu və onlara dəstəyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti