Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, Yevlax rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanın İvanovo şəhərində tutulan Əfqan Kərimov Azərbaycan Cinayət Məcəlləsinin seksual xarakterli zorakılıq hərəkətləri (150-ci) maddəsi ilə axtarışda olub.
Onun ölkəmizə ekstradisiyası üçün tədbirlər görülür.