...

Gürcüstan qadınları kişidə hər şeydən əvvəl maddi vəziyyəti qiymətləndirirlər - sorğu

Siyasət Materials 30 Avqust 2010 15:54 (UTC +04:00)
"Kviris palitra" ("Həftənin icmalı") həftəliyinin keçirdiyi sorğuda iştirak edən respondentlərin 494-dən çoxu birinci olaraq pulu qoyublar.
Gürcüstan qadınları kişidə hər şeydən əvvəl maddi vəziyyəti qiymətləndirirlər - sorğu

Gürcüstan, Tbilisi, 30 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcü qadınlar kişidə hər şeydən əvvəl onun maddi vəziyyətini qiymətləndirirlər. "Kviris palitra" ("Həftənin icmalı") həftəliyinin keçirdiyi sorğuda iştirak edən respondentlərin 494-dən çoxu birinci olaraq pulu qoyublar.

Reytinqli sorğuda maksimum və minimum ballar üzrə birinci yeri 7,70 balla pul tutub. İkinci yerdə gürcü qadınları kişilərin karyera imkanları (6,34), intellektual səviyyəsi (4,69), dost dairələri (3,54) və yumor hissi (3,29) narahat edir.

Gürcü qadınları kişilərin hansı fiziki gücə malik olması (2,47) və onun milli ənənələrə riayət edib-etməməsi (2,16), demək olar, narahat etmir.

Xəbər lenti

Xəbər lenti