...

Türkmənistan Pakistana xüsusi reyslə humanitar yardım göndərib

Siyasət Materials 30 Avqust 2010 16:11 (UTC +04:00)
Aşqabadın Beynəlxalq hava limanından Pakistan İslam Respublikasına xüsusi reyslə 40 ton humanitar yük göndərilib.
Türkmənistan Pakistana xüsusi reyslə humanitar yardım göndərib

Türkmənistan, Aşqabad, 30 avqust /Trend, müxbir H.Həsənov/

Aşqabadın Beynəlxalq hava limanından Pakistan İslam Respublikasına xüsusi reyslə 40 ton humanitar yük göndərilib. Məlumatı Türkmənistan hökumətinin mətbuat xidməti yayıb.

Pakistana ərzaq malları, içməli su, eləcə də dərman ləvazimatları və ilkin tibbi yardım üçün lazım olan digər ləvazimatlar göndərilib.

Bu ölkə çoxsaylı insan tələfatına və dağıntılara səbəb olan böyük təbii fəlakətə - daşqına məruz qalıb.

Xəbər lenti

Xəbər lenti