Türkmənistan, Aşqabad, 4 sentyabr /Trend, müxbir H.Həsənov/
Aşqabad şəhərinin merliyi Türkiyənin "Polimeks" şirkəti ilə Olimpiya şəhərciyinin layihələşdirilməsi və tikilməsi haqqında saziş imzalayıb.
Ümumilikdə, işlərə 2010-cu ilin oktyabrında başlamaq və obyektləri 2014-cü ilin aprelində tam istismara vermək şərti ilə, 1 970 882 000 dollar (ƏDV-siz) məbləğində xərc çəkiləcək.
Müvafiq sərəncamı Prezident Qurbanqulu Berdıməhəmmədov imzalayıb.