...

Azərbaycanın hakim partiyası "Beynəlxalq Böhran Qrupu"nun hesabatına etiraz edir

Siyasət Materials 6 Sentyabr 2010 18:22 (UTC +04:00)
Azərbaycanın hakim partiyası "Beynəlxalq Böhran Qrupu"nun hesabatına etiraz edir.
Azərbaycanın hakim partiyası "Beynəlxalq Böhran Qrupu"nun hesabatına etiraz edir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası "Beynəlxalq Böhran Qrupu"nun hesabatına etiraz edir.

Bu günlərdə "Beynəlxalq Böhran Qrupu" adlanan qurum "Azərbaycan: həssas sabitlik" adlı hesabat dərc edib. Ayrı-ayrı beynəlxalq qurumların Azərbaycana maraq göstərmələri təbiidir. Çünki bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsinin lider ölkəsi kimi diqqəti cəlb edir. Lakin hər hansı bir ölkə ilə bağlı hesabat və ya məlumatı hazırlayan beynəlxalq qurum sözügedən ölkə haqqında obyektiv və ədalətli təhlil verməyə borcludur. Təəssüf ki, özünü "Beynəlxalq Böhran Qrupu" adlandıran qurumun təqdim etdiyi hesabatda biz bunu görmürük. Hesabatda Azərbaycanın ictimai-siyasi, sosial və iqtisadi vəziyyətini təhrif edən bir çox tezislər öz əksini tapıb. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, bu gün bütün beynəlxalq təşkilatlara, o cümlədən yəqin ki, "Beynəlxalq Böhran Qrupu"ndakı dairələrə də Ermənistanın Azərbaycana təcavüz etməsi və torpaqlarımızın iyirmi faizinin işğal olunması faktı məlumdur. Lakin qurumun təqdim etdiyi "hesabat"da Ermənistanın təcavüzü, Azərbaycanın məcburi köçkün və qaçqınları, həmin təcavüzün sosial-iqtisadi cəhətdən vurduğu zərbələr, o cümlədən Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması və s. bu kimi məlumatlar öz əksini tapmayıb.

YAP sözügedən qurumun təqdim etdiyi hesabatın qeyri-obyektiv olduğunu bildirərək, burada təqdim olunan məlumatların müxalifət mətbuatından götürüldüyünü və faktiki olaraq, "hesabat" adı altında təqdim edildiyini xüsusi olaraq qeyd edir. Hesabatı vərəqlədikcə sanki mütəmadi olaraq öz səhifələrində ölkəmizin reallıqlarını məqsədli şəkildə və ardıcıl olaraq təhrif edən müxalifət mətbuatını oxuyursan. Lakin həyat Azərbaycanda bu cür yalan və böhtanlara inananların olmadığını dəfələrlə sübut edib. Buna görə də Yeni Azərbaycan Partiyası "Beynəlxalq Böhran Qrupu"nun ölkəmiz haqqında hazırladığı "Azərbaycan: həssas sabitlik" adlı hesabatı obyektiv hesab etməyərək pisləyir, qurumun rəhbərliyini qərəzli məlumatlar yaydığına görə qınayır və ümid edir ki, yol verilmiş yanlışlıqlar tez bir zamanda aradan qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti