...

Azərbaycanın xarici işlər naziri Niderland Senatının sədrini qəbul edib

Siyasət Materials 8 Sentyabr 2010 19:03 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Bakıda rəsmi səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Lindeni qəbul edib.
Azərbaycanın xarici işlər naziri Niderland Senatının sədrini qəbul edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Bakıda rəsmi səfərdə olan Niderland Krallığı Senatının sədri Rene van der Lindeni qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı tərəflər iki ölkənin parlamentləri arasındakı sıx əlaqələrin mövcudluğunu və bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər.

İqtisadi, enerji, kənd təsərrüfatı və digər sahələrdə ölkələr arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyini qeyd edən Məmmədyarov bunun həm ikitərəfli, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi mümkünlüyünü vurğulayıb.

Van der Linden bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinin uğurla başa çatacağına əminliyini ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti