Azercellin "Insan Alverinə Son Qoyaq" kampaniyası Dəstəyi çərçivəsində Bakıda səfərdə olan Latviyanin sabiq prezidenti Vaira Vike-Freiberga millət vəkilləri Qənirə Paşayeva ve Adil Əliyevin muşayəti ilə Kor ve zəifgörənlər üçün umumrespublika internat məktəbində səfərdə olublar. Bu barədə Trend-ə "YES Azərbaycan" Beynəlxalq Məşvərət Qrupunun üzvü Rövşən Muradov məlumat verib.
Xanım Prezidentə məktəbdə yaradılmış kitabxana, radio mərkəzi ile tanişliq edildi.
Uşaqların ifasında konsert proqramı hazırlanılmışdır.
Xanım Prezident uşaqlarla bir bir goruşərək onlara və muəllimlərinə uğurlar arzuladı ve tədris ilinin açılışı munasibətilə tebrik etdi.
Qənirə Paşayeva Azerbaycanın birinci xanimi, UNESCOnun Xoshməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın məktəbə göstərdiyi diqqət və qayğını vurğuladı, məhz Mehriban xanımın himayəsi ilə məktəb yeniden təmir olunaraq bütün lazimi avadanlıqlarla təmin olunmuşdur.